
İlk hərb nazirimiz, Səməd bəy Mehmandarovun doğum günüdür.
General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Cümhuriyyət Ordusunun çox qısa bir zamanda güclü və döyüş qabiliyyətli orduya çevrilməsində Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarovun əməyi danılmazdır. Dünya şöhrətli general Birinci Dünya müharibəsində yeganə azərbaycanlı hərbi sərkərdə olaraq “Brilyantla bəzədilmiş qızıl Georgi silahı” ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd edilmişdir.
#SəmədbəyMehmandarov
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
#HərbTarixi
#TarixdəBugün
Subyekt.az