Türkiyənin Rizə-Artvin hava limanında ildırım vurması nəticəsində bir nəfər yaralanıb.
Bu barədə “HavaSosyalMedya” mülki aviasiya onlayn platformasının saytında məlumat verilib.
Fövqəladə hadisə sərnişinlər İstanbula uçan təyyarəyə minərkən baş verib. Bildirilir ki, İldırım hava limanının əməkdaşını vurub. Daha sonra o, yıxılaraq huşunu itirdi.
Hadisə yerinə gələn xilasedicilər yaralı şəxsi xəstəxanaya aparıblar.
Subyekt.az