![]()
Hörmətli Globalinfo.az kollektivi!
Saytınızın yayım həyatına başlamasının üçüncü ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!

İndiki informasiya çağında media qurumlarının üzərinə xəbər çatdırmaqla yanaşı, həm də ictimai düşüncəni formalaşdırmaq, sağlam informasiya mühitinin qorunmasına töhfə vermək kimi önəmli vəzifələr düşür. Globalinfo.az ötən üç il içində bu missiyanı məsuliyyətlə yerinə yetirərək, peşəkar jurnalistika örnəkləri və obyektiv xəbərlərlə cəmiyyətin güvənini qazanmağı bacarıb.
İnformasiya yarışında sürət və ya kəmiyyət adına keyfiyyətdən imtina etməməniz, hər bir xəbəri ictimai məsuliyyət yükü ilə təqdim etməyiniz Sizin fəaliyyətinizdə özəlliklə alqışlanmalı məqamdır. Bu, jurnalist peşəkarlığı olmaqla birgə, milli düşüncə və vətəndaş mövqeyidir.
Saytınızın qarşıdakı illərdə də ictimai rəyin doğru-düzgün formalaşmasına, dövlət–cəmiyyət münasibətlərinin sağlam məcrada inkişafına önəmli töhfələr verəcəyinə ümidvaram.
Kollektivinizə yaradıcılıq ruhu, peşə uğurları, hər birinizə möhkəm cansağlığı, yeni yaradıcılıq sevinci arzulayıram.
3 yaşınız mübarək olsun!
Fazil MUSTAFA
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Subyekt.az