![]()
Axşam saatlarında Hövsan qəsəbəsində yerləşən yaşayış binalarının birində güclü yanğın başlayıb.
Subyekt.az xəbər verir ki Manşet.az-ın əldə etdiyi məlumata görə, yanğın qəsəbənin “10-cu binalar” deyilən ərazisindəki binalardan birinin üstündə baş verib.
İlkin məlumata görə, yanğına binanın liftində baş verən qısa qapanmanın səbəb olduğu deyilir.
Əraziyə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub. Lakin binanın həyəti sıx ağaclıq ərazi olduğundan onların yanğını söndürməkdə çətinlik çəkdikləri bildirilir.
Hazırda yanğın davam edir, sakinlər binadan təxliyə olunur.
Subyekt.az