![]()
Noyabrın 14-də gənclər və idman naziri Fərid Qayıbov Samux, Kəlbəcər rayonları və Gəncə şəhər sakinlərini qəbul edib.
Qəbuldan öncə nazir Fərid Qayıbov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Gəncə Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda noyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

.

.

.

Subyekt.az