![]()
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi əməkdaşlarının peşəkar fəaliyyətini yüksək qiymətləndirməyə davam edir.
Qurum tərəfindən Ümumi İşlər Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afət Telmanqızı Məhhərrəmova peşəkar və səmərəli fəaliyyətinə, təşkilatçılıq qabiliyyətinə və yubileyi münasibətilə təltif edilmişdir.
Təltif olunan Afət Telmanqızı göstərilən etimada görə rəhbərliyə və kollektivə təşəkkür edərək qeyd edib:
“Mənə verilən bu yüksək dəyər üçün rəhbərliyimizə və çalışdığım kollektivə səmimi təşəkkür edirəm. Qarabağda işləmək və bu müqəddəs missiyaya zərrə qədər də olsa töhfə vermək böyük qürur və xoşbəxtlikdir.”
Qurum tərəfindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə fəaliyyət göstərən əməkdaşların əməyinin dəyərləndirilməsi davam etdiriləcək.
Subyekt.az olaraq bizdə Afət xanımı təbrik edir, uğurlar diləyirik.


Subyekt.az