![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sabunçu rayonunun Bakıxanov qəsəbəsində iyun ayı üzrə növbəti vətəndaş qəbulunu keçirib.Görüşdə sakinləri fərdi qaydada dinləyən millət vəkili onların müraciət, şikayət və təkliflərini qeydə alıb.
Subyekt.az xəbər verir ki, Vətəndaşların qaldırdığı məsələlər əsasən məşğulluq, təhsil, sosial təminat, səhiyyə, mənzil-kommunal problemləri, infrastrukturun təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, hüquqi yardım, ekoloji təhlükəsizlik və digər sahələri əhatə edib.
Qəbul zamanı qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən digər müraciətlər isə qanunvericiliyə uyğun olaraq nəzarətə götürülüb. Bu məsələlərin qısa zamanda icrası məqsədilə aidiyyatı üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına rəsmi sorğuların ünvanlanması qərara alınıb.
Məlumat üçün: Deputat Fazil Mustafanın vətəndaş qəbulu hər həftənin bazar ertəsi, saat 15:00-da Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında keçirilir.
Subyekt.az