![]()
Bu gün Azərbaycanın Xalq artisti, teatr, kino və televiziya aktyoru Telman Adıgözəlovun anadan olmasının 73 illiyi tamam olur.
Telman Adıgözəlov 1953-cü ildə Balakən şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra yaradıcılıq fəaliyyətini teatr səhnəsində davam etdirib, 1980-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışaraq bir-birindən yaddaqalan obrazlar yaradıb.
Səhnə fəaliyyəti ilə yanaşı, “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Nəsimi”, “Xatirələr sahili” və digər televiziya layihələri və filmlərdəki uğurlu rolları ilə də tamaşaçıların rəğbətini qazanıb.
2006-cı ildə Xalq artisti fəxri adına layiq görülən Telman Adıgözəlov 2010-cu ildə vəfat edib.
Subyekt.az