
İrəvandan Suriyaya humanitar yardım aparan 4 yük maşını bu gün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsindən keçib.
“Marqara” keçid məntəqəsi martın 31-dək açıq olacaq.
Ermənistan hökumətinin qərarına görə, martın 21-dən 31-dək Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi Suriyaya humanitar yardımın göndərilməsi üçün fəaliyyətə göstərəcək.
Ermənistan adından Suriyaya göndərilən humanitar yardımın Türkiyə ərazisindən quru yolu ilə daşınması qərara alınıb.
Subyekt.az