![]()
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də ölkənin bir sıra rayonlarında bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 14:00-dək Qaradağlı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Tərtər EŞ-nin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Bəyimsarov, Kövdadıq və Rəcəbbəyli kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə saat 10:00-dan 16:00-dək Yevlaxın Aşağı Bucaq, Ərəş, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşcu, Meyvəli, Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Subyekt.az