Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS-in Kazanda keçirilən sammitində iştirakdan imtina edib.
“Cənab prezident Türkiyəyə qayıdır. Sabah saat 11.30-da Tatarıstandan havaya qalxacaq”, – türkiyəli jurnalistlər bildirib.
Türkiyə prezident administrasiyası hələlik bu məlumatı şərh etməyib.
Türkiyə liderinin gözlənilməz gedişi çox güman ki, Ankara yaxınlığındakı Türk Aviasiya Sənayesi (TUSAS) zavodunda baş verən terror aktı ilə bağlıdır.
Ankara yaxınlığında terror aktı qurbanlarının sayı 5 nəfərə çatıb, 22 nəfər isə yaralanıb.
Subyekt.az