Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 23 milyard 847,3 milyon kVt/saat olub.
Subyekt.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-oktyabr ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 185,5 milyon kVt/saat və ya 0,77 % azalıb.
Bu ilin oktyabr ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 060,9 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 433,3 milyon kVt/saat və ya 17,4 % azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 24 milyard 032,8 milyon kVt/saat, həmçinin oktyabr ayında 2 milyard 494,2 milyon kVt/saat təşkil edib.
Subyekt.az