Bu gün dünyanın ən varlı adamlar siyhasında İlon Mask, Ceff Bezos, Bill Qeyts kimi insanlar olsa da, tarixin ən varlı adamının sərvəti bu üç milyarderdən qat-qat çox, 500 milyarddan çox olub. Bu, Rokfeller də deyil. Bu şəxsin varidatı Rokfellərdən də çox olub. Bu şəxs Mansa Musadır.
Kaliforniya Universitetinin araşdırmasında deyilir: “Musanın sərvəti haqqında əldə etdiyimiz məlumatlar o qədər heyrətamizdir ki, onun nə qədər zəngin və güclü olduğunu tam təsəvvür edə bilmirik”.
14-cü əsrdə Mali İmperiyasına rəhbərlik edən Mansa Musa 1280-ci ildə doğulan və 1312-ci ildə taxta çıxıb. Musa Qərbi Afrikanın qızıl yataqlarına sahib olan Mali İmperiyasını sürətlə genişləndirə bilib. Xüsusilə qızıl və duz ticarəti sayəsində Afrika, Yaxın Şərq və Avropaya yayılan bir ticarət şəbəkəsi qurub.
Bu dövrdə dünya qızılının böyük hissəsi Mansa Musanın sərvətinin əsas mənbəyi olan Malidə yerləşirdi.
Mansa Musanın dünya tarixində iz qoymuş əməllərindən biri də onun 1324-cü ildə Məkkəyə həcc ziyarətinə getməsi olub. Yüzlərlə dəvə, əsgər və nökərdən ibarət nəhəng bir karvan təşkil edən Musa, yol boyunca şəhərlərə qızıl paylayıb.
Xüsusilə Misirə gələndə xalqa külli miqdarda qızıl paylayıb ki, bu da uzun illər ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərib. Bu ziyarət sayəsində Mansa Musa islam dünyasında olduğu kimi Avropada da tanındı və Qərbi Afrikanın sərvəti bütün dünyaya yayıldı.
Tarixdə Mansa Musadan başqa böyük sərvətləri ilə seçilən başqa adlar da var. 13-cü əsrdə Asiyanın böyük hissəsini idarə edən Çingiz xan sahib olduğu torpaqlar baxımından çox böyük gücə malik idi. Bununla belə, şəxsi sərvət toplamaqdansa, öz imperiyasının genişlənməsinə diqqət yetirdiyi üçün şəxsi sərvəti daha az idi.
19-cu əsrdə neft sənayesində hökmranlıq edən amerikalı iş adamı Con D.Rokfeller müasir tarixin ən zəngin adamlarından biri idi və onun sərvəti bugünkü pulla təxminən 400 milyard dollara yaxın olub. Yenə də tarixin ən zəngin adamı titulu unikal qızıl ehtiyatları və ticarət şəbəkəsi ilə Mansa Musaya aid edilir.
Subyekt.az