“Şimali Koreyanın ordusu 27-28 oktyabrda Rusiya tərəfindən döyüş bölgələrində yerləşdiriləcək”.
Subyekt.az Den.az-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, bu, Rusiyanın açıq-aşkar eskalasiyaya doğru addım atdığını göstərir.
“Dünya Rusiyanın həqiqətən nə etdiyini açıq şəkildə görür. Bu, müharibənin davamıdır. Buna görə də dünya liderlərinin prinsipial və sərt reaksiyasına ehtiyac var. Şimali Koreyanın hərbi əməliyyatlarda faktiki iştirakına qapalı gözlər və çaşqın şərhlər şəklində deyil, Moskva və Pxenyanı cəzalandırmaqla cavab verilməlidir. Onlar BMT Nizamnaməsini yerinə yetirməyə məcbur edilməlidir”, – deyə Zelenski vurğulayıb.
Subyekt.az