![]()
Çinin Siçuan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
Subyekt.az xəbər verir ki, bu barədə Reuters agentliyi Almaniyanın Geologiya Elmləri üzrə Tədqiqat Mərkəzinə (GFZ) istinadən məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib.
Hazırda zəlzələnin fəsadları, eləcə də mümkün insan tələfatı və ya dağıntılarla bağlı rəsmi məlumat açıqlanmayıb.
Subyekt.az