Skip to content
03 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında Azərbaycan nümayəndə heyəti iştirak edir
  • Xəbərlər

BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında Azərbaycan nümayəndə heyəti iştirak edir

09 May 2024
IMG-20240509-WA0036
5

Loading

Tarixdə ilk dəfə Qlobal Cənubda – Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti Konfransı keçirilir. BMT-yə üzv dövlətlərin rəsmi heyətlərinin, dünyanın aparıcı QHT-lərinin, beyin mərkəzlərinin, media qurumlarının, özəl şirkətlərinin iştirakı ilə keçirilən tədbirdə 2000 nəfərdən çox iştirakçı toplaşıb. Qlobal konfrans bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dünya liderlərinin iştirakı ilə keçiriləcək “Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə təşkil olunub. BMT-nin Baş katibi Antonio Quterreşin də BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak üçün Keniyaya gəlişi gözlənilir.

2 gün davam edəcək konfransın əsas müzakirə mövzularından biri də qlobal iqlim dəyişmələridir. Bu baxımdan COP29-a ev sahibliyi edəcək ölkə kimi mövzu Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
Konfransda Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Nigar Hüseynova iştirak edir.
Vətəndaş Cəmiyyəti Konfransına Azərbaycan QHT-ləri də qatılıb.
COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədr müavini Roza Səfixanlı Azərbaycan QHT-lərini qlobal tədbirdə təmsil edir.

Subyekt.az

Continue Reading

Previous: “AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib
Next: Elşad Paşasoyun 50 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Parisdə Böhran Vəziyyətlərində Mədəni İrsin Qorunması və Birgə Fəaliyyət Perspektivləri Müzakirə Olunub: Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar Qurumunun direktoru arasında görüş keçirilib  
  • Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir
  • Fazil Mustafa: “Azərbaycanın enerji siyasəti artıq çoxşaxəli xarakter alıb”
  • Ümumdünya Velosiped Gününə həsr olunmuş VELO-YÜRÜŞ
  • Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

IMG-20260603-WA0009
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

Parisdə Böhran Vəziyyətlərində Mədəni İrsin Qorunması və Birgə Fəaliyyət Perspektivləri Müzakirə Olunub: Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar Qurumunun direktoru arasında görüş keçirilib  

03 İyun 2026
713323373_18439843099140149_4416753675862197011_n
  • Xəbərlər

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir

03 İyun 2026
IMG-20260520-WA0008
  • Dünya
  • İqtisadiyyat
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Fazil Mustafa: “Azərbaycanın enerji siyasəti artıq çoxşaxəli xarakter alıb”

03 İyun 2026
1
  • Ölkə
  • Tarixdə bu gün

Ümumdünya Velosiped Gününə həsr olunmuş VELO-YÜRÜŞ

03 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.