Skip to content
18 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında Azərbaycan nümayəndə heyəti iştirak edir
  • Xəbərlər

BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında Azərbaycan nümayəndə heyəti iştirak edir

09 May 2024
IMG-20240509-WA0036
5

Loading

Tarixdə ilk dəfə Qlobal Cənubda – Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti Konfransı keçirilir. BMT-yə üzv dövlətlərin rəsmi heyətlərinin, dünyanın aparıcı QHT-lərinin, beyin mərkəzlərinin, media qurumlarının, özəl şirkətlərinin iştirakı ilə keçirilən tədbirdə 2000 nəfərdən çox iştirakçı toplaşıb. Qlobal konfrans bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dünya liderlərinin iştirakı ilə keçiriləcək “Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə təşkil olunub. BMT-nin Baş katibi Antonio Quterreşin də BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak üçün Keniyaya gəlişi gözlənilir.

2 gün davam edəcək konfransın əsas müzakirə mövzularından biri də qlobal iqlim dəyişmələridir. Bu baxımdan COP29-a ev sahibliyi edəcək ölkə kimi mövzu Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
Konfransda Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Nigar Hüseynova iştirak edir.
Vətəndaş Cəmiyyəti Konfransına Azərbaycan QHT-ləri də qatılıb.
COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədr müavini Roza Səfixanlı Azərbaycan QHT-lərini qlobal tədbirdə təmsil edir.

Subyekt.az

Continue Reading

Previous: “AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib
Next: Elşad Paşasoyun 50 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Yol polisindən sürücülərə MÜRACİƏT
  • Ceki Çan Azərbaycana gəlir – Bakıda filmə çəkiləcək
  • Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır
  • Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • Azərbaycan Jurnalistlər Birliyi “Əkinçidən Yeni Çağa: AJB Bölgə Mediası Dinləməsi” layihəsinin ilk görüşünü keçirib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

photo_335637
  • Ölkə
  • Xəbərlər

Yol polisindən sürücülərə MÜRACİƏT

18 İyul 2026
2026_05_14_13_12_25zqp6q0nccckgoofjorn1_file_1784365859_660x441
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Ceki Çan Azərbaycana gəlir – Bakıda filmə çəkiləcək

18 İyul 2026
6a5b76a78f4f86a5b76a78f4f9178437904777f6fbc8c0c5d14903a795ef189f13ec
  • Dünya
  • Hadisə
  • Xəbərlər

Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır

18 İyul 2026
3
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.