Subyekt.az E-saglam.az-a istinadən xəbər verir ki, 28 yaşlı Yekaterina Burnaskina körpəsini oktyabrın 14-ü Antalya aeroportunda fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan sanitar qovşaqda dünyaya gətirib. Bunun ardınca, o, körpəni unitaza ataraq gedib.
Körpə qız atıldıqdan 12 dəqiqə sonra təmizlik işçisi tərəfindən aşkar edilib və bu barədə polisə məlumat verilib. Nəticədə aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları qadını saxlayıb.
Bu gün məhkəmə qarşısına çıxarılan Y.Burnaskina etdiyi hərəkətə aydınlıq gətirib. O bildirib ki, uşağı dünyaya gətirdikdən sonra Türkiyədən getməyə cəhd göstərib.
Onun sözlərinə görə, artıqçəkili olduğundan hamilə olmasından xəbərsiz olub. Körpəni Türkiyədə qoyaraq getməyi isə ona anası təklif edib.
Yekaterinanın anası da məhkəmə qarşısına çıxarılacaq.
Subyekt.az