Skip to content
21 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Qarabağ
  • Bax, əsl QAYIDIŞ budur…
  • Qarabağ

Bax, əsl QAYIDIŞ budur…

03 Aprel 2024
IMG-20240403-WA0106
16

Loading

Üç sutka keçib. Üç sutkadır bu səfərin təsirindən çıxıb fikirlərimi cəmləyə bilmirəm. Xaricdə təhsil alan qızıma: “Xocalıya gedirəm”,- deyəndə də haraya gedəcəyimi ikinci dəfə təkrarlamağımı istədi. Doğulduğum torpaq daxil işğaldan azad olunan əksər rayonlarda olmuşdum. Amma Başlıbeldən sonra ikinci dəfə yaşayırdım o hissi. Hansı ki adını tapmaq mümkün deyil: xoşbəxtlik, kədər, ağrı, sevinc, təəccüb, yoxsa həyəcanmı, minnətdarlıqmı?
Ağdamdan çıxıb Xocalıya doğru gedirik… Qarşıda yolun hər iki tərəfində Əskəran qalası… Getdiyimiz avtobusun önündə Xocalıda 32 öncə qətlə yetirilən 7 şəhidin Xocalıdakı kütləvi məzarlıqdan tapılan qalıqlarını son mənzilə aparan 7 təcili yardım maşını gedir…
Mən isə nə getdiyim avtobusun uğultusunu, nə də qarşıdakı təcili yardım maşınının səsini eşidirəm. Qulağımda yalnız bir səs var: 32 ildir hər bir azərbaycanlının qulağında çingildəyən, heç zaman unudulmayacaq, rəhmətlik Çingiz Mustafayevin səsi… “Üzünü, üzünü qaldır. Qaldır üzünü”,- deyib güllələnən uşağın donmuş cəsədini çəkən hönkürtü…
Məğlubiyyətimizdən, carəsizliyimizdən doğan hönkürtü. Elə biz azyaşlıları 31 il öncə Kəlbəcərdən çıxaranda da o təşvişi yaşayırdıq. Xocalı kimi 3 tərəfdən mühasirədə olan Kəlbəcər sakinləri də Xocalının günahsız insanlarının taleyini yaşayacaq.
Bu fikirdəykən Xocalı hava limanını görürük. Müdafiə etmək üçün Əlif Hacıyevin rəhbərlik etdiyi neçə qəhrəmanımızın qanı tökülən Xocalının o zamanıkı yeganə çıxış yolu… nə qədər təzadlı olsa da, həm də qapalı çıxış yolu.
Həmkarım Elnur Bağırlı ilə Xocalı şəhərini kənardan izləyirik. Üç tərəfdən silahlı erməni quldurlarının əhatə etdiyi Xicalının önündə də ermənilərin pusquda durduğu dağ var. . . Xilas olmaq üçün üz tutan insanlar üçün ölüm qapısı…
Xəyalən 1993-cü ilin aprelini xatırlayıram: 14 yaşımda gecə ikən tərk etdiyimiz günü. Kəlbəcərdə, Çaykənddə, Nadirxanlıda, Qamışlı çayında üzərimizə yağan güllə yağışlarını. O zaman bizi düşmən gülləsindən xilas edən Kəlbəcərin qayalıqları olubmuş, deməli. O qayalıqlar bizi açıq hədəf olunmaqdan yayındırıb. Yoxsa, Xocalıdakı kimi biz də müdafiəsiz qalmışdıq.
Xocalı şəhidlərini Xocalı torpağında dəfn edirik. Bax, əsl QAYIDIŞ budur…
2020-ci ilin sentyabrından başlayan, 44 gün sürən, Şəhidlərimizin qəhrəmanlığı, Ali Baş Komandanımızın sərkərdəliyi ilə qələbəmizlə yekunlaşan, ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşan haqq savaşından sonra işğaldan azad olunan torpaqlarımıza qayıdırıq. Bu gün Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Laçında, Kəlbəcərdə, Ağdərədə, Xocavənddə, Xankəndidə həyat var. Azərbaycan qanunları işləyən, azərbaycanlı nəfəsi duyulan həyat. Şuşaya, Cəbrayılya, Füzuliyə, Zəngilana, Laçına yerli sakinlərin qayıdışı baş tutub. Amma bu o qayıdışdan deyildi. Bu ƏBƏDİ QAYIDIŞDIR. ƏBƏDİYYƏTƏ QAYIDIŞDIR. Xocalıya qayıdışdır.
Bu qayıdışı bizə yaşadanlara minnətdarlığımız əbədi, şükranlarımız sonsuzdur…


Xalid Kazımov

Subyekt.az

Continue Reading

Previous: Antoni Blinken Prezident İlham Əliyevə zəng edib
Next: Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Deputat Ülviyyə Həmzəyeva: Azərbaycan mediası milli maraqların müdafiəsində mühüm strateji platformadır
  • Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq
  • Sabah bu ərazidə qaz kəsiləcək
  • 22 İYULDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

FB_IMG_1784661898383
  • Mədəniyyət
  • Ölkə
  • Sosial
  • Tarixdə bu gün

Deputat Ülviyyə Həmzəyeva: Azərbaycan mediası milli maraqların müdafiəsində mühüm strateji platformadır

21 İyul 2026
753032605_18167282089447689_485235144231574689_n
  • Ölkə
  • Xəbərlər

Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

21 İyul 2026
dd90d8181a82755e
  • Ölkə
  • Xəbərlər

Sabah bu ərazidə qaz kəsiləcək

21 İyul 2026
752833250_1594151485559910_7564859410373712777_n
  • Ölkə
  • Xəbərlər

22 İYULDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

21 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.