Skip to content
13 May 2025
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Qarabağ
  • Bax, əsl QAYIDIŞ budur…
  • Qarabağ

Bax, əsl QAYIDIŞ budur…

03 Aprel 2024
IMG-20240403-WA0106
16

Loading

Üç sutka keçib. Üç sutkadır bu səfərin təsirindən çıxıb fikirlərimi cəmləyə bilmirəm. Xaricdə təhsil alan qızıma: “Xocalıya gedirəm”,- deyəndə də haraya gedəcəyimi ikinci dəfə təkrarlamağımı istədi. Doğulduğum torpaq daxil işğaldan azad olunan əksər rayonlarda olmuşdum. Amma Başlıbeldən sonra ikinci dəfə yaşayırdım o hissi. Hansı ki adını tapmaq mümkün deyil: xoşbəxtlik, kədər, ağrı, sevinc, təəccüb, yoxsa həyəcanmı, minnətdarlıqmı?
Ağdamdan çıxıb Xocalıya doğru gedirik… Qarşıda yolun hər iki tərəfində Əskəran qalası… Getdiyimiz avtobusun önündə Xocalıda 32 öncə qətlə yetirilən 7 şəhidin Xocalıdakı kütləvi məzarlıqdan tapılan qalıqlarını son mənzilə aparan 7 təcili yardım maşını gedir…
Mən isə nə getdiyim avtobusun uğultusunu, nə də qarşıdakı təcili yardım maşınının səsini eşidirəm. Qulağımda yalnız bir səs var: 32 ildir hər bir azərbaycanlının qulağında çingildəyən, heç zaman unudulmayacaq, rəhmətlik Çingiz Mustafayevin səsi… “Üzünü, üzünü qaldır. Qaldır üzünü”,- deyib güllələnən uşağın donmuş cəsədini çəkən hönkürtü…
Məğlubiyyətimizdən, carəsizliyimizdən doğan hönkürtü. Elə biz azyaşlıları 31 il öncə Kəlbəcərdən çıxaranda da o təşvişi yaşayırdıq. Xocalı kimi 3 tərəfdən mühasirədə olan Kəlbəcər sakinləri də Xocalının günahsız insanlarının taleyini yaşayacaq.
Bu fikirdəykən Xocalı hava limanını görürük. Müdafiə etmək üçün Əlif Hacıyevin rəhbərlik etdiyi neçə qəhrəmanımızın qanı tökülən Xocalının o zamanıkı yeganə çıxış yolu… nə qədər təzadlı olsa da, həm də qapalı çıxış yolu.
Həmkarım Elnur Bağırlı ilə Xocalı şəhərini kənardan izləyirik. Üç tərəfdən silahlı erməni quldurlarının əhatə etdiyi Xicalının önündə də ermənilərin pusquda durduğu dağ var. . . Xilas olmaq üçün üz tutan insanlar üçün ölüm qapısı…
Xəyalən 1993-cü ilin aprelini xatırlayıram: 14 yaşımda gecə ikən tərk etdiyimiz günü. Kəlbəcərdə, Çaykənddə, Nadirxanlıda, Qamışlı çayında üzərimizə yağan güllə yağışlarını. O zaman bizi düşmən gülləsindən xilas edən Kəlbəcərin qayalıqları olubmuş, deməli. O qayalıqlar bizi açıq hədəf olunmaqdan yayındırıb. Yoxsa, Xocalıdakı kimi biz də müdafiəsiz qalmışdıq.
Xocalı şəhidlərini Xocalı torpağında dəfn edirik. Bax, əsl QAYIDIŞ budur…
2020-ci ilin sentyabrından başlayan, 44 gün sürən, Şəhidlərimizin qəhrəmanlığı, Ali Baş Komandanımızın sərkərdəliyi ilə qələbəmizlə yekunlaşan, ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşan haqq savaşından sonra işğaldan azad olunan torpaqlarımıza qayıdırıq. Bu gün Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Laçında, Kəlbəcərdə, Ağdərədə, Xocavənddə, Xankəndidə həyat var. Azərbaycan qanunları işləyən, azərbaycanlı nəfəsi duyulan həyat. Şuşaya, Cəbrayılya, Füzuliyə, Zəngilana, Laçına yerli sakinlərin qayıdışı baş tutub. Amma bu o qayıdışdan deyildi. Bu ƏBƏDİ QAYIDIŞDIR. ƏBƏDİYYƏTƏ QAYIDIŞDIR. Xocalıya qayıdışdır.
Bu qayıdışı bizə yaşadanlara minnətdarlığımız əbədi, şükranlarımız sonsuzdur…


Xalid Kazımov

Subyekt.az

Continue Reading

Previous: Antoni Blinken Prezident İlham Əliyevə zəng edib
Next: Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Arxivlər

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr    

Son Yazılar

  • Qusarda “Sərhəd” hərbi-idman oyununun qalibləri ilə görüş keçirilib
  • Putin İstanbula gəlməyəcək – “O, razılıq verməyib”
  • Bakı-Qazax sərnişin qatarı Şəmkirdə 37 heyvanı vurdu
  • Nadir İsrafilov: “Məktəb direktorunu seçəndə araşdırma aparılmalı idi, azad edəndə yox…”
  • Oğuzda Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

2
  • Ölkə
  • Sosial

Qusarda “Sərhəd” hərbi-idman oyununun qalibləri ilə görüş keçirilib

13 May 2025
put
  • Dünya

Putin İstanbula gəlməyəcək – “O, razılıq verməyib”

13 May 2025
qa
  • Hadisə
  • Ölkə

Bakı-Qazax sərnişin qatarı Şəmkirdə 37 heyvanı vurdu

13 May 2025
Screenshot_20250513_203407_Facebook
  • Ölkə
  • Təhsil

Nadir İsrafilov: “Məktəb direktorunu seçəndə araşdırma aparılmalı idi, azad edəndə yox…”

13 May 2025
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə