![]()
Peşəkar uşaq həkimi və səhiyyə idarəçiliyi sahəsində uzunillik təcrübəyə malik Azər Əhmədov, yeni fəaliyyətini Universal Hospitalın direktoru vəzifəsində davam etdirəcək.
Subyekt.az xəbər verir ki, o, Respublika Pediatriya Mərkəzində direktor vəzifəsindən ayrıldıqdan sonra müxtəlif tibb müəssisələrindən əməkdaşlıq təklifləri alıb. Təklifləri dəyərləndirən Azər Əhmədov peşəkar fəaliyyətini Universal Hospitalda davam etdirmək qərarı verib və artıq tibb müəssisəsinin direktoru kimi fəaliyyətə başlayıb.
Uzun illər pediatriya sahəsində çalışan və səhiyyənin idarə olunması istiqamətində təcrübəsi ilə tanınan Azər Əhmədovun yeni vəzifədə müasir idarəetmə prinsiplərinin tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və pasiyent məmnuniyyətinin artırılması istiqamətində mühüm töhfələr verəcəyi gözlənilir.
Yeni təyinat münasibətilə Azər Əhmədovu təbrik edir, gələcək fəaliyyətində uğurlar və nailiyyətlər arzulayırıq.
Subyekt.az