![]()
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Neftçala rayonunda vətəndaş qəbulu keçirib.
Qəbul zamanı Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarından, eləcə də Şirvan şəhərindən olan vətəndaşların müraciətləri dinlənilib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ araşdırılması və aidiyyəti üzrə həllinin təmin edilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş qəbullarının keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunun artırılması, təhsil sahəsində şəffaf və əlçatan idarəetmənin təmin olunmasıdır.

Subyekt.az