Ünvanlı sosial yardım alan vətəndaşlara ŞAD XƏBƏR – Məbləğ artırılır
2023-ci il fevralın 1-dən Azərbaycanda minimum aylıq əmək pensiyasının məbləği 280 manata çatdırılıb, yaşa görə sosial müavinətin məbləği isə 220 manat müəyyən edilib. “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində minimum pensiya məbləğinin 280 manat olacağı qeyd olunub. Bildirilir ki, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.
Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir. Bu, barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir. Rəydə növbəti il üçün ölkədə ehtiyac meyarı 285 manat kimi götürülüb. Yaşayış minimumu öz növbəsində ehtiyac meyarı əsasında müəyyən edilir.Məlumat üçün bildirək ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində təsdiqlənib.
Bəs yaşayış minimumu və ehtiyac meyyarının artırılması ünvanlı sosial yardım məbləğində nə qədər artıma səbəb olacaq?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki,yaşayış minimumu və eləcə də ehtiyac meyyarının artırılması ünvanlı sosial yardımlara təsir edəcək:
“Yaşayış minimumu və ehtiyac meyyarının artırılması növbəti il üçün ünvanlı sosial yardım məbləğinin artırılmasına səbəb olacaq. Nəzərə alsaq ki, ünvanlı sosial yardım məbləği müəyyənləşən zaman ehtiyac meyyarı anlayışından istifadə olunur. Ehtiyac meyyarı artdıqca nəticə etibarilə ünvanlı sosial yardım alan vətəndaşların sosial müavinət məbləğinin artmasına səbəb olur. Nəzər alsaq ki, gəlir ailə üzvlərinin sayına görə hesablanır və həmin gəlir hər bir ailə üzvü üçün ehtiyac meyyarı nəzərə alınmaqla müqayisə olunur”.
Deputat qeyd edib ki, əgər ailənin ümumi gəliri ailə üzvləri üçün nəzərdə tutulan ümumi ehtiyac meyyarından azdırsa, qalan hissə dövlət tərəfindən ünvanlı sosial yardım kimi kompensasiya olunur:
“Buna görə də ehtiyac meyyarının artırılması nəticə etibarilə ünvanlı sosial müavinət məbləğinin artmasına və ünvanlı sosial yardım istiqamətinə daha çox vəsaitin ayrılmasına, eyni zamanda gələn ildən etibarən ünvanlı sosial yardım alan vətəndaşlarımızın yardım məbləğində artımla müşahidə olunacaq”.
Subyekt.az