![]()
Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncama əsasən, Məmmədov Azər Elman oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Bu ali dövlət təltifi Azər Məmmədovun dövlət qulluğu sahəsində uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətin, yüksək peşəkarlığının, xidməti vəzifələrini məsuliyyətlə və nümunəvi şəkildə yerinə yetirməsinin dövlət səviyyəsində verilən yüksək qiymətinin növbəti təzahürüdür.
Azər Məmmədov fəaliyyət göstərdiyi müddət ərzində dövlət idarəçiliyində qanunun aliliyinin təmin olunması, dövlət maraqlarının qorunması, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm xidmətləri ilə seçilib. Onun peşəkar fəaliyyəti, prinsipial mövqeyi və məsuliyyətli yanaşması həm rəhbərlik, həm də əməkdaşlar tərəfindən daim yüksək qiymətləndirilib.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ölkənin dövlət idarəçiliyinin inkişafına mühüm töhfələr vermiş, xidməti fəaliyyətində yüksək nəticələr əldə etmiş dövlət qulluqçularına təqdim olunan nüfuzlu dövlət təltiflərindən biridir. Bu mükafat Azər Məmmədovun dövlətə və xalqa sədaqətlə xidmətinin, eləcə də uzunmüddətli və səmərəli fəaliyyətinin məntiqi nəticəsi kimi dəyərləndirilir.
Bu əlamətdar hadisə münasibətilə Azər Məmmədovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, yeni uğurlar və şərəfli dövlət qulluğunda daha böyük nailiyyətlər arzulayırıq.
Əminik ki, Azər Məmmədov bundan sonra da dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkəmizin davamlı inkişafı, hüquqi dövlət quruculuğu və vətəndaşlara layiqli xidmət missiyasını yüksək peşəkarlıq, məsuliyyət və sədaqətlə davam etdirərək ona göstərilən yüksək etimadı uğurla doğruldacaq.

Subyekt.az