![]()
Azərbaycan Respublikası Prezidentinin dövlət qulluqçularının təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə və xidməti vəzifələrini layiqincə yerinə yetirməsinə görə Paşayev Sənay Oktay oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Bu yüksək mükafat dövlət idarəçiliyində peşəkarlığın, məsuliyyətli xidmətin və dövlətə sədaqətin yüksək qiymətləndirilməsinin növbəti təzahürüdür.
Subyekt.az kollektivi adından Sənay müəllimi bu əlamətdar təltif münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, məsuliyyətli dövlət qulluğu fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Dövlətimizə və xalqımıza xidmət yolunda göstərdiyi fəaliyyətin bundan sonra da uğurlu, məhsuldar və şərəfli olmasını diləyirik.
Subyekt.az