![]()
Qubada sərnişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Subyekt.az xəbər verir ki , hadisə rayonun Susay kəndində baş verib. Oğlunun hərbi xidmətdən gəlişini qeyd edən ata, oğul və dost -tanış yeyib- içdikdən sonra içkili halda avtomobillə yola çıxıblar . Nəticədə Ədilov Bayaz Sabir oğlu “VAZ-21010” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil qayadan aşıb. Hadisə nəticəsində hərbi xidmətdən yenicə qayıtmış sərnişinlərdən Ədilov Nahid Bayaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, Məmmədov Qadir, Daşdəmirov Rəvan və Ədilov Rafiq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Quba RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
P.S hal-hazırda hadisə yerində ölən Nahid Bayaz oğlu dəfn edilir.
Firəngiz Sabirqızı
Subyekt.az