![]()
Zəlzələnin episentri 6.99 kilometr dərinlikdə müşahidə edilib. Dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat yoxdur.
***
İstanbulda növbəti zəlzələ qeydə alınıb. Baş verən ikinci təkanlar 6.2 bal gücündə olub.
İkinci zəlzələ birincidən təxminən yarım saat sonra baş verib.
Təkanların silsilə formada davam edəcəyi istisna edilmir.
***
İkinci zəlzələ 10 saniyə davam edib.
Təkanlar ən çox İstanbulun Silivri ərazisində hiss edilib.
Türkiyənin daxili İşlər Naziri Əli Yerlikaya, AFAD və əlaqədar qurumların bütün qruplarının ərazi axtarışlarına başladığını bildirib.
***
AFAD, zəlzələdən sonra riskli binalara girməmək barədə xəbərdarlıq edib.
Qurumdan bildirilib ki, ünsiyyət üçün qısa mesaj xidməti (SMS) və məlumatlara əsaslanan mesajlaşma proqramından istifadə olunması tövsiyyə edilir.
***
İstanbulun Büyükçəkməcə rayonu sahillərində 4.4 bal gücündə 3-cü zəlzələ baş verib. Son təkanların dərinliyi 7 kilometr olaraq qeydə alınıb.
Subyekt.az