![]()
Bakı şəhərində keçirilən 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında “İstisu” mineral su brendi də iştirak edib.
Beynəlxalq ekspertləri, sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən mütəxəssisləri və müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirən konfrans bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin mübadiləsi və yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayıb.
Tədbirdə “İstisu” brendinin iştirakı Azərbaycanın zəngin təbii sərvətlərinin, xüsusilə də unikal mineral su ehtiyatlarının beynəlxalq auditoriyaya tanıdılması baxımından əhəmiyyət daşıyıb.
Azərbaycanın təbii sərvətləri sırasında xüsusi yer tutan İstisu mineral suyu özünəməxsus tərkibi, təbii xüsusiyyətləri və zəngin tarixi ilə ölkənin sağlamlıq turizmi potensialının mühüm komponentlərindən biridir.
Belə beynəlxalq platformalarda iştirak “İstisu”nun tanıdılması, Azərbaycanın mineral su ehtiyatlarının qlobal miqyasda təşviqi, eləcə də sağlamlıq turizmi istiqamətində beynəlxalq əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradır.
“İstisu” olaraq Azərbaycanın zəngin təbii irsinin beynəlxalq səviyyədə tanıdılmasına, milli mineral su brendinin təşviqinə və ölkəmizin sağlamlıq turizmi potensialının geniş auditoriyaya çatdırılmasına töhfə verməkdən qürur duyuruq.


















Subyekt.az