![]()
23 iyun tarixində Nyu-York şəhərində Uşaq Hüquqları haqqında Konvensiyaya tərəf dövlətlərin 21-ci iclası çərçivəsində BMT-nin Uşaq Hüquqları Komitəsinə (CRC) 2027–2031-ci illər üzrə üzvlük seçkiləri keçirilib.
Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının namizədi, Esseks Universitetinin doktorantı Fərid Ədilov Komitənin yeni tərkibinə seçilib. O, 16 ölkədən olan namizədlərlə 9 vakant yer uğrunda aparılan ciddi beynəlxalq rəqabətdə iştirak edərək, səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanıb və 130 səs toplayıb.
Bu seçki nəticəsi ilə Azərbaycan Respublikasının vətəndaşı ilk dəfə olaraq BMT-nin Uşaq Hüquqları Komitəsi tərkibində təmsil olunacaq.
Qeyd edək ki, BMT-nin Uşaq Hüquqları Komitəsi 1989-cu il Uşaq Hüquqları haqqında Konvensiyanın icrasına nəzarət edən nüfuzlu müqavilə qurumudur. Komitə 18 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini monitorinq edir və müvafiq tövsiyələr verir.
Subyekt.az