Taylandda 36 yaşlı qumar aludəçisi olan Sararat adlı qadın 14 nəfəri sianidlə zəhərləyərək öldürməkdə təqsirli bilinib.
Subyekt.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk məhkəmə prosesində qadın dostunu öldürməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilib.
Sararat həmçinin qumar borcuna görə külli miqdarda pul aldığı şəxslərə “bitki dərmanı” adı ilə zəhərli maddə olan sianid verib.
Onlar öldükdən sonra isə qiymətli əşyalarını oğurlayıb.
Qadın ümumilikdə 80 cinayətdə ittiham edilir.
Bu hadisə Taylandda qadın tərəfindən törədilən ilk silsilə qətl kimi tarixə düşüb.
Subyekt.az