İddialara görə, Türkiyədə xarici ölkə vətəndaşı S.A. (14) və S.K. (17) arasında naməlum səbəbdən mübahisə düşüb.
Subyekt.az News24-a istinadən xəbər verir ki, mübahisə qısa zamanda davaya çevrilib və hər iki tərəf bir-birinə silahla atəş açıb. Xəbər üzərinə polis və sağlamlıq qrupları küçəyə sövq edilib. İki yaralıya sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla xəstəxanaya aparılıb.
Yaralılardan biri S.A. xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və dünyasını dəyişib. S.K-nın ayağından yaralandığı öyrənilib.
Subyekt.az