
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşüb.
Subyekt.az Den.az-a istinadən xəbər verir ki, görüş BRİKS sammiti çərçivəsində baş tutub.
Putin Ərdoğanla görüşündə Ankarada törədilən terror aktını pisləyib və Türkiyə xalqına başsağlığı verib.
Ərdoğan Rusiya prezidenti Vladimir Putini Türkiyəyə səfərə dəvət edib.
“Sizi yaxın gələcəkdə Türkiyəyə səfərdə görmək istəyirəm”, – Ərdoğan deyib.
Putin bildirib ki, Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşı qonşuluq xarakteri daşıyır. Rusiya Türkiyəyə təbii qazın etibarlı tədarükçüsüdür. Belə ki, 2023-cü ildə 20,5 milyard kubmetr qaz tədarük edilib.
Putin həmçinin Rusiyanın Türkiyənin BRİKS-ə marağından xəbərdar olduğunu diqqətə çatdırıb.
“Bilirəm ki, Türkiyə assosiasiya ilə sıx əməkdaşlıq qurmaqda maraqlıdır. Biz isə Avrasiya qitəsinin şərqini və qərbini birləşdirən ölkənizin nüfuzunu və xüsusi geosiyasi rolunu nəzərə alaraq burada mühüm perspektivlər görürük”, – deyə Putin vurğulayıb.
Kreml rəhbəri Rusiya-Ukrayna müharibəsindən də danışıb. Putin bildirib ki, Rusiya nüvə dövlətidir və güclü ordusu var. Ona görə də, Rusiyanı döyüş meydanında məğlub etmək asan məsələ deyil, hətta bu, mümkünsüzdür.
Subyekt.az