![]()
31 yanvar 2026-cı il tarixində Zaqatala rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyi (AHMİB) tərəfindən təşkil olunan I Regional Multidisiplinar Hematologiya Simpoziumu baş tutub. Tədbir Şəfa Regional Tibb Mərkəzi və İnci Laboratoriyalarının dəstəyi ilə həyata keçirilib.
Subyekt.az xəbər verir ki, Simpoziumun rəsmi açılış mərasimində səhiyyə sahəsində fəaliyyət göstərən mütəxəssislər, hematoloqlar, müxtəlif ixtisaslı həkimlər və region tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış çıxışlarında tədbirin əsas məqsədinin hematologiya sahəsində multidisiplinar yanaşmanın gücləndirilməsi, regionlarda tibbi bilik və təcrübə mübadiləsinin genişləndirilməsi olduğu vurğulanıb.
Rəsmi hissədə çıxış edən natiqlər hematoloji xəstəliklərin diaqnostika və müalicəsində müasir yanaşmaların tətbiqinin vacibliyindən, regional səhiyyə müəssisələrinin elmi-praktik tədbirlərə cəlb edilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu cür simpoziumlar həkimlərin peşəkar inkişafına, eləcə də pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına mühüm töhfə verir.
Tədbir çərçivəsində rəsmi açılış mərasimindən olan görüntülər iştirakçılara və ictimaiyyətə təqdim olunub.
Simpozium öz işini panel müzakirələri və elmi təqdimatlarla davam etdirib.















#AHMİB
Subyekt.az