![]()
Bu gün Zərdab–Ağcabədi yolunun Zərdab rayonu ərazisində, Türyançay körpüsü yaxınlığında ağır avtomobil qəzası baş verib.
Məlumata görə, “Lada-21099” markalı minik avtomobili ilə “Range Rover” markalı nəqliyyat vasitəsi toqquşub. Zərbə nəticəsində “Lada-21099” demək olar ki, tamamilə əzilib.
Hadisə nəticəsində “Lada-21099”-nin sürücüsü, Zərdab rayon sakini Azər Cəlal oğlu Abdullayev hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Subyekt.az