![]()
Ana Vətən Partiyasının sabiq sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşib
Subyekt.az Manset.az-a istinadla xəbər veri ki , dünən gecə anidən Fəzail Ağamalının sağlamlığında problem yaranıb. Dərhal paytaxtda yerləşən özəl klinikaların birindən təcili tibbi yardım çağırılıb. Ona ilkin tibbi yardım göstərilib və müalicə təyin edilib.
Faktı Fəzail Ağamalı təsdiq edib. O bildirib ki, dünən qurultayda baş verənlər ona pis təsir edib:
“Dünən olanlardan mən hələ də özümə gələ bilmirəm. Gecə qəfil özümü pis hiss etməyə başladım. Dərhal ailə həkimimi çağırdıq. Mənə tibbi yardım göstərdi. Həkim dedi ki, bu stressdən və əsəb gərginliyindən olub. Bilirsiniz, mən ürəyimdən əməliyyat olunmuşam. Çox təəssüf ki, oğlum buna baxmayaraq hələ də peşman deyil”.
Subyekt.az