![]()
Bu qayıdış təkcə coğrafi deyil – bu, mənəvi qələbədir. Bu, şəhidlərimizin qanı ilə yazılmış şanlı tariximizin davamıdır. Bu, hər bir azərbaycanlının qürur duyduğu Zəfərin növbəti mərhələsidir.
Bu gün Kəlbəcərə qayıdan hər bir insan sadəcə evinə deyil, həm də öz kimliyinə, kökünə və keçmişinə qovuşur. Uzun illərin həsrətindən sonra bu torpaqlarda həyat yenidən canlanır – uşaqların səsi eşidilir, ocaqlar tüstülənir, doğma yurd nəfəs almağa başlayır.
1993-cü ilin 2 aprel tarixində Kəlbəcərin işğalı nəticəsində doğma torpaqlarından didərgin düşən insanların geri dönüşü artıq reallığa çevrilir. 33 illik ayrılıqdan sonra bu gün daha 27 ailə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində doğma Kəlbəcərə yola salınıb.
Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan növbəti köç mərhələsi ilə Kəlbəcərə köçürülən ailələrin ümumi sayı 162-yə çatıb. Bu, təkcə statistik rəqəm deyil, həm də illərin nisgilinin sevincə çevrilməsinin bariz nümunəsidir.
Subyekt.az kollektivi olaraq doğma yurda əbədi dönüş edən soydaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara firavan həyat, davamlı inkişaf və uğurlar arzulayırıq.
Xeyirli və uğurlu olsun!
Rövşən Hüseynli
Subyekt.az