
04 dekabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar partiya fəalları ilə “dəyirmi masa” keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb.
Daha sonra çıxış edən Qaraçay qəsəbə ərazi partiya təşkilatının sədri Bariz Allahverdiyev Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında misilsiz xidmətlərindən danışıb.





Subyekt.az