![]()
Subyekt.az xəbər verir ki,bu gün Şuşa şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan arasında görüş keçirilib.
“Şuşa – 2024 İƏT-in Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimi çərçivəsində baş tutan görüşdə qeyd edilib ki, Şuşanın bu layihə çərçivəsində oynadığı mühüm rol gənclər arasında mədəni dialoqu və əməkdaşlığı gücləndirmək baxımından əhəmiyyətlidir. Tərəflər həmçinin gələcək layihələrin regionda sülhün təşviqinə və İslam ölkələri gənclərinin inkişafına töhfə verəcəyinə ümid etdiklərini ifadə ediblər.
Subyekt.az