Müsabiqədə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan VIII-XI sinif şagirdləri iştirak edə bilərlər.
Müsabiqənin əsas istiqamətləri:
Qarabağın zəngin tarixi
Qarabağın mədəniyyəti
Qarabağın təbii ehtiyatlarından səmərəli və qənaət rejimində istifadə edilməsi
Qarabağın ekoloji-iqtisadi sisteminin formalaşdırılması və inkişaf etdirilməsi
Esse müsabiqəsinin keçirilməsinin qaydaları.
Müsabiqə 2 mərhələdə təşkil olunacaq- rayon və region .
• Dil: Azərbaycan dili
• Format:
o Word sənədində yazılmalıdır ( Arial 12 şrift ölçüsü, 1.5 sətir aralığı).
o Müvafiq başlıq və müəllif haqqında məlumat qeyd olunmalıdır.
• Həcmi: Rayon turu üçün esse 500-1000 söz arasında, region turu üçün esse 1000-2000 söz arasında olmalıdır.
• Originallıq: Yazı tamamilə iştirakçının öz işi olmalıdır. Plagiat olduğu aşkar edilərsə, iştirakçı müsabiqədən kənarlaşdırılır.
• Komissiyanın rəyinə əsasən düzgün, doğru anlayışlı olan esselər qalib olaraq mükafatlandırılacaq.
Qiymətləndirmə meyarları
• Mövzunun düzgün başa düşülməsi və araşdırılması.
• Tarixi faktların və mənbələrin dəqiq təqdim olunması.
• Yazının orijinallığı və yaradıcı yanaşma.
• Esse quruluşunun məntiqi və səlis olması.
• Dil qaydalarına uyğunluq və üslub.
• Qaliblər elan edilir, sertifikatlar, diplomlar və mükafatlar təqdim olunur.
• Müsabiqənin nəticələri mətbuatda və sosial şəbəkələrdə yayımlanır.
• Qalib olunan esseni tərcümə olunaraq xarici saytlarda nümayiş etdirilməsi.
Rayon turu 1 dekabr, region turu 29 dekabr tarixində keciriləcək.
Region turu Şuşa şəhərində təşkil ediləcək.
Qeyd edək ki, “Qarabağın tarixi” mövzusunda esse müsabiqəsinin keçirilməsində əsas məqsəd məktəblilərdə milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik Qarabağ haqqında bilgiləri daha da artırmaq, eləcə də gənc nəslə milli dəyərlərimizin aşılamaq, iqtisadiyyat quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətini öyrətməkdir.
#EduAz #MÜTDA #QarabağRTİ #Esse #Müsabiqə
Subyekt.az