Skip to content
30 Aprel 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • “Xocavənd əməliyyatı”nda sağ qalan kəşfiyyatçı: Mənə ağır işgəncələr verilirdi.
  • Xəbərlər

“Xocavənd əməliyyatı”nda sağ qalan kəşfiyyatçı: Mənə ağır işgəncələr verilirdi.

12 Aprel 2024
IMG-20240412-WA0021
6

Loading

1 il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə ağır işgəncələr verilirdi.

Bunu “Xocavənd əməliyyatı”nda sağ qalan kəşfiyyatçı Aqil Əhmədov deyib.
“1997-ci ilin aprelində təxminən bu saatlarda 7 qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. 1 il 11 ay müddətində əsirlikdə saxlanıldım. 6 ay sonra Ulu Öndər Heydər Əliyevin səyi ilə şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında Heydər Əliyevin səyi ilə əsirlikdən azad olundum”, – o bildirib.
Aqil Əhmədov əlavə edib ki, artıq bir neçə dəfədir buranı ziyarət edir: “Hər ziyarətimdə məndə eyni hisslər olur”.
Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.
Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.
Onlar – qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri – leytenant Vüqar Yarəhmədov, çavuşlar – Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadovdur.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da iki illik əsirlik həyatından xilas edib.

Təranə Əzizova

Subyekt.az

Continue Reading

Previous: “Laçına MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsi təqdirəlayiq olar”
Next: Yol qəzasına düşən hərbiçilərdən 4 nəfər ölüb, 20 nəfər yaralanıb

Arxivlər

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    

Son Yazılar

  • Lahıcdan Kazana: Tatarıstanın Rəisi Mərkəzi Univermaq binasında sənətkarlıq mərkəzi ideyasını reallaşdırdı
  • 30 APRELDƏ GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Rəhman Hacıyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
  • Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
  • “TÜRKOLOJİ QURULTAY – 100” İSTANBUL SİMPOZİUMU keçirilib

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

IMG-20260429-WA0089
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

Lahıcdan Kazana: Tatarıstanın Rəisi Mərkəzi Univermaq binasında sənətkarlıq mərkəzi ideyasını reallaşdırdı

29 Aprel 2026
686915608_983452507378857_6874939342999672377_n
  • Ölkə

30 APRELDƏ GÖZLƏNİLƏN HAVA PROQNOZU

29 Aprel 2026
FB_IMG_1777473558764
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Xəbərlər

Rəhman Hacıyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

29 Aprel 2026
FB_IMG_1777473401427
  • Mədəniyyət
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib

29 Aprel 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə