![]()
Ukraynanın Xarkov şəhərində Rusiyanın mülki əhaliyə qarşı həyata keçirdiyi növbəti raket hücumu nəticəsində azərbaycanlı tələbə həyatını itirib.
Məlumata görə, Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi Fatimə Hüseynova raket zərbəsi zamanı həlak olub. Gənc tələbənin faciəvi ölümü həm tələbə yoldaşları, həm də Azərbaycan ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanıb.
Rusiyanın Ukraynanın yaşayış məntəqələrinə qarşı davam edən raket hücumları nəticəsində mülki şəxslər arasında itkilərin sayı artmaqda davam edir. Son hücum da dinc sakinlərin, o cümlədən xarici ölkə vətəndaşlarının həyatına son qoyub.
Subyekt.az kollektivi Fatimə Hüseynovanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
Subyekt.az