![]()
İyunun 30-da saat 10:00-dan 13:00-dək Yasamal, Nizami və Səbail Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və abadlıq işləri həyata keçiriləcək.
Yasamalda Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar Həsən bəy Zərdabi prospekti, Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri zamanı fasilə Nizami Abdullayev küçəsini əhatə edəcək.
Səbail RETSİ-nə daxil olan bir sıra yerlərdə də elektrik şəbəkəsində təmir və abadlıq işləri görüləcək. Beləliklə, 20-ci sahə, Salyan Şossesi və Gülbala Əliyev küçəsinin bəzi ərazilərində enerjinin verilişində fasilə olacaq.
Təmir və abadlıq işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
Subyekt.az