![]()
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə xanım Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib, hazırda vəziyyəti ağırdır, Musa Nağıyev adına kliniki tibb mərkəzinə (Keçmiş “Semaşko” xəstəxanası) yerləşdirilib, əməliyyat tələb olunur.
Aidiyyəti qurumlardan dəyərli aktrisamıza dəstək olmağı çağırırıq.
AKİ adından Şükufə xanım Yusupovaya şəfa diləyirik.
Subyekt.az