![]()
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildirib ki, Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirib, deportasiya və soyqırımları törədib, əzəli torpaqlarımızı ələ keçirməyi özlərinin məqsədlərinə çeviriblər. Mart qırğınları zamanı təkcə üç gün ərzində Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Muğan, Xaçmaz, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində silsilə qanlı faciələr törədilib.
Tədbirdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Məktəblilər “Tarixin izi ilə” adlı ədəbi – bədii kompazisiyası ilə çıxış ediblər.

.

.

.

Subyekt.az