Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Zəlzələ ocağı Lənkəran şəhərindən 58 km məsafədə olub.
Yeraltı təkanlar 35 km dərinlikdə qeydə alınıb. Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.
Subyekt.az