![]()
Milli Müdafiə Universiteti 2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 450 və daha yüksək bal toplamış kişi cinsli abituriyentlərə Türkiyə Respublikasının Milli Müdafiə Universitetində təhsil almaq imkanı təqdim edir.
Türkiyə Respublikasının Milli Müdafiə Universitetində təhsil almaq arzusunda olan kişi cinsli abituriyentlərdən 28 avqust 2026-cı il saat 12:00-dək müraciət formasını (https://forms.gle/tUeu8kofBKNYHPGw9) doldurmaları xahiş olunur.
Çağrı mərkəzi – *0811
Subyekt.az