![]()
Azad və yenidən qurulan Kəlbəcər şəhərində fəaliyyət göstərən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin direktoru, eyni zamanda Yeni Azərbaycan Partiyası Ərazi Partiya Təşkilatının sədri Vəsilə Cəfərova, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı tərəfindən səmərəli ictimai-siyasi və pedaqoji fəaliyyətinə görə “Fəxri Fərman” ilə təltif edilmişdir.
Bu əlamətdar mükafat münasibətilə Vəsilə xanımı səmimi-qəlbdən təbrik edir, təhsilin inkişafı, gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlı şəkildə yetişdirilməsi istiqamətində göstərdiyi fədakar xidmətlərə görə ona dərin minnətdarlığımızı bildiririk. Gələcək fəaliyyətində yeni uğurlar, yüksək nailiyyətlər və davamlı müvəffəqiyyətlər arzulayırıq.
İşğaldan azad olunmuş Kəlbəcərdə qısa müddət ərzində təhsil sahəsində həyata keçirilən yenidənqurma və inkişaf tədbirləri, şagirdlərin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, eləcə də məktəbdə formalaşdırılan sağlam təhsil mühiti Vəsilə Cəfərovanın peşəkar idarəçilik bacarığının və pedaqoji fəaliyyətinin mühüm göstəricilərindəndir.
İnanırıq ki, onun rəhbərliyi altında Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəb gələcəkdə Azərbaycan Respublikasının ən qabaqcıl və nümunəvi təhsil müəssisələri sırasında öz layiqli yerini tutacaq.
Subyekt.az kollektivi olaraq Vəsilə Cəfərovanı və rəhbərlik etdiyi məktəbin kollektivini ürəkdən təbrik edir, birgə əmək və kollektiv fəaliyyət nəticəsində əldə olunan bu uğurun davamlı olmasını arzulayırıq. Uğurlarınız bol, fəaliyyətiniz isə daim yüksəlişlə müşayiət olunsun.
Subyekt.az