![]()
Vyetnamın nüfuzlu rəsmi mətbu orqanlarından biri, ölkənin ən böyük tirajlı qəzetlərindən sayılan “Nhân Dân” nəşrinə bağlı “Thời Nay” (“Çağımız”) qəzetində Azərbaycan–Vyetnam münasibətlərinə həsr olunmuş “Bakıdan Hanoyadək: dostluğun mədəni və mənəvi körpüləri” sərlövhəli məqalə dərc edilib.
Məqalənin müəllifi Əkbər Qoşalıdır.
Yazıda Azərbaycan və Vyetnam xalqları arasında tarixən formalaşmış dostluq münasibətləri, qarşılıqlı hörmət və mənəvi yaxınlıq, eləcə də iki ölkə arasında mədəni əlaqələrin inkişafı məsələləri diqqətə çatdırılır.
Məqalənin Vyetnamın nüfuzlu mətbuat orqanında yayımlanması Azərbaycan həqiqətlərinin, milli-mədəni dəyərlərimizin və ölkəmizin beynəlxalq humanitar əlaqələrinin xarici auditoriyaya çatdırılması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi xalqlar arasında mədəni dialoqun genişlənməsinə, qarşılıqlı anlaşmanın və mənəvi əlaqələrin inkişafına töhfə verir.


Subyekt.az