![]()
#AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli iyulun 24-də Şuşa şəhərində
Şuşa,
Xankəndi,
Xocalı və
Ağdərə rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən avtomobil yollarının mövcud vəziyyəti, təmiri və yenidən qurulması, eləcə də məşğulluq məsələləri ilə bağlı olub. Səsləndirilən müraciətlər dinlənilib, onların araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

.

Subyekt.az