![]()
TƏBİB-in İcraçı direktoru Anar Bayramov Qobustan Rayon Mərkəzi Xəstəxanasında Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edib.
Qəbul zamanı vətəndaşlar müayinə-müalicə, iş, əmək münasibətləri, əlillik məsələləri və s. ilə bağlı müraciət edib. Hər bir müraciət diqqətlə dinlənilib, bir sıra məsələlər yerində həll olunub.
Araşdırma tələb olunan digər müraciətlərin qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq göstərişlər verilib.

.

.

.

Subyekt.az